Saudiyyə Ərəbistanı Super Kubokunda ilk finalçı məlumdur
Səudiyyə Ərəbistanı Super Kubkonunda yarımfinalın ilk oyunu keçirilib.
Sportline.az xəbər verir, "Əl Hilal" və "Əl Əhli" komandaları Riyadda münasibətləri aydınlaşdırıblar. Əsas vaxtı 1-1 hesablı bərabərliklə bitən görüşün penaltilər seriyasında "Əl Hilal" qalib gəlib. 2-1.
"Əl Hilal"ın finaldakı rəqibi bu gün keçiriləcək "Əl Taun"-"Əl Nəssr" oyununda bilinəcək.
Qeyd edək ki, Super Kubokun son qalibi "Əl Hilal"dır.