Sautqeyt İsveçrə matçına olan hədəfi açıqlayıb

Bu gün Avropa çempionatında digər yarımfinalçılar müəyyənləşəcək.

Sportline.az xəbər verir ki, günün maraqlı oyunlarından birində İngiltərə və İsveçrə komandaları üz-üzə gələcəklər.

İngiltərə seçməsinin baş məşqçisi Qaret Sautqeyt qarşılaşma ilə bağlı fikirlərini bölüşüb.

"İsveçrə parlaq oyunla diqqət çəkir. Komanda yaxşı futbolçulardan qurulub. Dəqiq oyun gedişləri ilə rəqibə problem yaratmağı bacarırlar. Biz olduqca yüksək səviyyədə oynamalıyıq. Rəqib çox hərəkətlidir. Xüsusilə hücum xəttini qeyd etməliyəm. Qarşıya qoyduğumuz tapşırıq müdafiəni unutmadan rəqibə problem yaratmaqdır", - deyə baş məşqçi UEFA-nın saytına bildirib. 

Qeyd edək ki, İngiltərə - İsveçrə matçı Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.