"Səbail" növbəti transferi rəsmiləşdirib

“Səbail” klubu qış transfer pəncərəsində 4-cü keçidini rəsmiləşdirib.

Sportline.az xəbər verir ki, söhbət “Zirə”nin yarımmüdafiəçisi İlkin Muradovdan gedir.

“Zirə” sosial şəbəkə vasitəsilə 26 yaşlı yarımmüdafiəçini mövsümün sonuna qədər autsayderlər zonasında qərarlaşan kluba icarəyə verdiyini açıqlayıb.

Qeyd edək ki, “Səbail” buna qədər qış fasiləsində David Qomis, Matiya Lyuyiç və Mirəli Əhmədovu transfer edib.

Banner