"Səbail"dən "Arsenal"a
"Səbail" bir futbolçu ilə yolları ayırıb.
Sportline.az xəbər verir ki, Fakundo Kardozo ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Artıq agentinalı futbolçunun yeni klubu da bəllidir. O, karyerasını ölkəsində davam etdirəcək. 27 yaşlı mərkəz müdafiəçisi daha əvvəl də formasını geyindiyi "Arsenal Sarandi" ilə anlaşılıb.
Kardozo "Səbail"ə keçən ilin yayında gəlmişdi. O, paytaxt təmsilçisində 15 matçda meydana çıxıb.