"Səbail"dən yeni transfer
"Səbail" heyətinə yeni futbolçu cəlb edib.
Sportline.az klubun saytına istinadən xəbər verir ki, Bakı təmsilçisi Nikolas Rayselin transferini başa çatdırıb. 28 yaşlı yarımmüdafiəçi ilə 2021/2022 mövsümünün sonuna kimi müqavilə imzalanıb.
Qeyd edək ki, Raysel ötən mövsüm "Qəbələ"də oynayıb.