Seçmə komanda Bosniya və Herseqovinaya uduzdu
17 yaşadək futbolçulardan ibarət milli komandamız bu gün növbəti yoldaşlıq oyununa çıxıb.
SportLine.az xəbər verir ki, seçmə komanda Bosniya və Herseqovinanın Sarayevo şəhərində təşkil olunan təlim-məşq toplanışı çərçivəsində ev sahibləri ilə ikinci matçını keçirib.
Görüş komandamızın məğlubiyyəti ilə yekunlaşıb - 1:2. Azərbaycanın heyətində Turan Vəlizadə fərqlənib.
Qeyd edək ki, bu komandaların ilk oyunu qolsuz heç-heçə ilə başa çatmışdı.