Seçmə komandamız məğlub oldu

Tovuzda “Turan Tovuz” Futbol Akademiyasında təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib.

Sportline.az xəbər verir ki, “Qəbələ”nin U-19 komandası ilə qarşılaşan millimiz 2:3 hesabı ilə məğlub olub. U-17-nin qollarını penaltidən Sənan Ağalarov və İbrahim Ağayarov vurub.

Millimiz hazırlıq çərçivəsində son oyununu martın 2-də “Kəpəz”ə qarşı keçirəcək.