Seçməmiz Dünya Kubokunu 6-cı yerdə biritdi
Yunan-Roma güləşi üzrə Azərbaycan seçməsi Dünya Kubokunda çıxışını başa vurub. SportLine.az xəbər verir ki, komandamız mübarizəni 6-cı yerdə bitirib.
5-ci yer uğrunda görüşdə Belarusla qarşılaşan komandamız məğlub olub:
Belarus - AZƏRBAYCAN 4*:4 (16:16) (5-ci yer uğrunda)
59 kq - Elbek Tajyieu - Sakit Quliyev 0:8
66 kq - Mikita Zineviç - Elman Muxtarov 0:9
71 kq - Pavel Liax - Ruhin Mikayılov 4:1
75 kq - Tsimur Berdyieu - Şəmistan Quluzadə 4:0
80 kq - Pavel Pavinçuk - Emin Əhmədov 1:0
85 kq - Hoha Hahnidze - İslam Abbasov 2:3
98 kq - Siarhei Staradub - Orxan Nuriyev 5:2
130 kq - Heorhi Çunaşvili - Oyan Nəzəriani 7:8
Xatırladaq ki, ötən il keçirilən analoji yarışda yunan-Roma güləşçilərimiz Dünya Kubokunu qazanaraq yeni tarix yazmışdılar.