Seçməmiz Kubanı məğlub etdi

Güləş üzrə seçməmiz Yay Olimpiya Oyunlarına hazırlığı davam edir. SportLine.az xəbər verir ki, pəhləvanlarımız növbəti təlim-məşq toplanışını Göygöy Olimpiya İdman Kompleksində Kuba komandası ilə birgə keçib. 

Hazırlığın son günündə Azərbaycanlı və Kubalı güləşçilər arasında yoldaşlıq görüşü olub. Olimpiadada təmsil olunan 6 çəki dərəcəsində 9 qarşılaşmanın keçirildiyi yoldaşlıq görüşü pəhləvanlarımızın 7:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Azərbaycan Rioda 14 güləşçi ilə təmsil olunacaq.