Semih Kılıçsoy karyerasını “Dumanlı Albionda” davam etdirə bilər
“Beşiktaş”ın 19 yaşlı futbolçusu Semih Kılıçsoy üçün İngiltərə Premyer liqasının klublarından təklif göndərildiyi bildirilir.
Sportline.az “Sözcü” qəzetinə istinadən xəbər verir ki, “Aston Villa” rəhbərliyi Semih Kılıçsoy üçün “Beşiktaş”a 15 milyon avro ödəməyə hazır olduğu qeyd olunur.
“Beşiktaş” rəhbərliyi isə gənc futbolçunu 30 milyon avrodan aşağı satmayacağını açıqlayıb.
Qeyd edək ki, Semih Kılıçsoy bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 15 matçda 1 qol və 2 asistlə yadda qalıb.