Serdar Azmun qolu kimə həsr elədiyini açıqladı

"Roma"nın forvardı Serdar Azmun A Seriyasının ötən gecə keçirilən oyununda vurduğu qolla bağlı fikirlərini açıqlayıb.

Sportline.az xəbər verir ki, türkmən əsilli iranlı futbolçu klubun saytına açıqlamasında "Leççe" ilə oyunda (2-0) vurduğu bu qolu ailəsinə həsr etdiyini bildirib.

"Yeni komandada ilk qolu vurmaq inanılmaz hisslərdir. Bu anı çoxdan gözləyirdim. Qolu valideynlərimə və həyat yoldaşıma həsr edirəm", - deyə Azmun bildirib.

Qeyd edək ki, bu, A Seiyasında 6 oyunda meydana çıxan Serdar Azmunun ilk qolu idi.