Sergen Yalçından sərt açıqlama

“Beşiktaş”ın sabiq baş məşqçisi Sergen Yalçın sərt açıqlaması ilə gündəmə gəlib.

Sportline.az xəbər verir ki, “Ekol Tv”yə qonaq olan Sergen Yalçın “Beşiktaş” klubunun uğursuz çıxışı haqqında öz fikrini bildirib.

“Beşiktaş”da inanılmaz pullar xərclədilər. Gələn futbolçulara yüksək maaş ödəyirlər. Pullara heyifiniz gəlsin. Bütün bulara rəğmən noyabr ayında “Beşiktaş” çempionluğ şansını əldən verdi”.

Qeyd edək ki, “Beşiktaş” Türkiyə çempionatında 21 xalla 5-ci pillədə qərarlaşır.