Serxio Ramos Qrizmanı "Real"a çağırır

Antuan Qrizmanın Madrid "Atletiko"sunu tərk edəcəyi ilə bağlı xəbərlər gündəmdədir. Fransalı futbolçunun "Atletiko"nun əzəli rəqibi "Real"a keçidi haqda da xəbərlər dolaşmaqdadır.  "Real"ın kapitanı Serxio Ramos da bununla bağlı fikirlərini bölüşüb: "O, əla futbolçudur. "Real"ın qapıları Qrizman kimi peşəkar futbolçunun üzünə açıqdır". Qeyd edək ki, Antuan Qrizmanın xidmətində maraqlı olan nəhəng klublardan biri də "Mançester Yunayted"dir.