Səudiyyə Ərəbistanı Super Kuboku uğrunda mübarizə bu gün start götürür
4 komandanın iştirakı ilə Səudiyyə Ərəbistanı Super Kuboku uğrunda mübarizəyə start verilir.
Sportline.az xəbər verir ki, yarımfinal mərhələsinin ilk oyununda "Əl Hilal" "Əl Əhli" ilə qarşı qarşıya gələcək. Riyadda keçiriləcək görüş bu gün saat 20:15-də başlayacaq.
Digər oyunda "Əl Taun" və "Əl Nəssr" komandaları münasibətləri aydınlaşdıracaqlar. Abha şəhərində keçiriləcək bu qarşılaşma sabah saat 20:15-də baş tutacaq.
Qeyd edək ki, Super Kuboku ən çox qazanan komanda 4 dəfə ilə "Əl Hilal"dır. Son çempion ünvanı da "Əl Hilal"a aiddir.