“Sevilya” türkiyəli futbolçuya rəsmi təklif göndərib

“Fənərbağça”nın 29 yaşlı futbolçusu İrfan Can Kahveci mövsümün sonunda klubdan ayrılacağı gözlənilir.

Sportline.az “Sport” nəşrinə istinadən xəbər verir ki, “Sevilya” rəhbərliyi İrfan Can Kahveci üçün “Fənərbağça”ya 20 milyon avroluq rəsmi təklif göndərdiyi bildirilir.

“Fənərbağça” rəhbərliyi İrfan Can Kahveci üçün 25 milyon avro tələb edir.

Təcrübəli futbolçunun müqaviləsi 2025-ci ilin yayında başa çatacaq.

Qeyd edək ki, İrfan Can Kahveci bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 15 matçda 1 qol və 2 asistlə yadda qalıb.