Şahmat Olimpiadasına start verilir
Bu gün Bakıda 42-ci Ümumdünya Şahmat Olimpiadası start götürəcək. SportLine.az xəbər verir ki, açılış mərasimi Milli Gimnastika Arenasında təşkil olunacaq.
İlk turun görüşləri sabah keçiriləcək. Yarışa sentyabrın 14-də yekun vurulacaq.
Olimpiadada dünyanın 176 ölkəsindən 182 kişi, 142 qadın komandası çıxış edəcək. Azərbaycan, həm kişilərin, həm də qadınların yarışında üç komanda ilə təmsil olunacaq.
Olimpiada çərçivəsində Beynəlxalq Şahmat Federasiyasının (FİDE) 87-ci konqresinin keçirilməsi də planlaşdırılıb.
Yarışda ən yüksək reytinqə malik komandalar (kişilərdə) Çin, Rusiya və ABŞ hesab edilir. Azərbaycanın da kişilərdən ibarət I komandası favoritlər sırasındadır.
Qeyd edək ki, Olimpiada 11 turdan ibarət olacaq. Yekunda ən çox xal toplayan komanda qalib adını qazanacaq.
Vüsal Məmmədzadə
Qambit | SportLine.az
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir