Şahmat Olimpiadasında rəqiblərimiz müəyyənləşdi

Bakıda keçirilən Şahmat Olimpiadasının püşkü atılıb. SportLine.az xəbər verir ki, Azərbaycan komandalarının da rəqibləri müəyyənləşib.

kişilərdən ibarət əsas yığması Zimbabve ilə üz-üzə gələcək.

Püşk Azərbaycan-2-yə Mozambiki, Azərbaycan-3-ə Papua Yeni Qvineyanı qismət edib.

Qadınlardan ibarət Azərbaycan-1 komandası isə start matçını Nikaraquaya qarşı keçirəcək. Azərbaycan-2-nin rəqibi Yaponiya olacağı halda, Azərbaycan-3 Lesoto ilə münasibətinə aydınlıq gətirəcək.

Qeyd edək ki, ilk tur bu gün saat 15:00-da başlayacaq.