Şahmatçılarımızdan Aronyana dəstək
Ermənistanlı şahmatçı Levon Aronyanın həyat yoldaşı Ariana Kaoili vəfat edib.
Sportline.az xəbər verir ki, bunu Dünya Kubokunun ikiqat qalibi öz tvitter səhifəsində yazıb.
33 yaşlı Arianananın ölümü ilə bağlı dünyanın bir çox şahmatçısı, o cümlədən azərbaycanlı qrossmeysterlər Teymur Rəcəbov və Rauf Məmmədov da Aronyana başsağlığı verib.
Rəcəbov, “Dərin başsağlığı verirəm, Levon”, Məmmədov isə “Başsağlığı verirəm... döz Levon” yazaraq tvitterdə Aronyana dəstək olublar.
Qeyd edək ki, filippinli Ariana martın 15-də avtomobil qəzasına düşüb. O, indiyə qədər Yerevandakı xəstəxanada qalsa da, həyatını xilas etmək mümkün olmayıb. Beynəlxalq dərəcəli idman ustası olan Ariana 7 Şahmat Olimpiadasının iştirakçısı olub.