Şahruddin "ilk 3-lük"də
DÇ 2022-nin seçmə mərhələsində 6-cı turunun oyunlarından sonra futbolçuların statistik göstəriciləri açıqlanıb.
Sportline.az xəbər verir ki, ən çox seyv edən qapıçılar sırasında Azərbaycan millisinin üzvü Şahruddin Məhəmmədəliyev də yer alıb. Meydana çıxdığı 5 matçda 31 seyv edən 27 yaşlı qolkiper 3-cü yerdə qərarlaşıb.
İlk pillədə San Marinodan Elia Benedettinidir. O, 31 qurtarış edib. Lixtenşteynin oyunçusu Benyamin Byuhel 30 seyvlə ikinci sıradadır.