Şahruddin Məhəmmədəliyev ən yaxşılar sırasında
Milli komandamızın qapıçısı Şahruddin Məhəmmədəliyev DÇ-2026-nın seçmə mərhələsində ən çox qurtarış edən qapıçılar sırasında yer alıb.
Sportline.az UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, təcrübəli futbolçu meydana çıxdığı 4 görüşdə 19 seyvlə yadda qalıb.
Şahruddin bu göstərici ilə 82 qapıçı arasında 11-12-ci yerləri bölüşüb.
İlk pilləni 34 qurtarışla San-Marinonun qapıçısı Edoardo Kolombo tutur.
Lixtenşteyn millisinin üzvü Benyamin Bühel 30 seyvlə ikinci, Andorra seçməsinin qolkiperi İker Alvares isə 26 seyvlə üçüncü yerdə qərarlaşıb.
Qeyd edək ki, seçmə mərhələnin 4 oyununda 2 qol vuran Azərbaycan millisi qapısından 11 top buraxıb.