Şahruddinin son durumu

Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışında "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyevin zədələnməsi barədə xəbər vermişdik.

Sportline.az xəbər verir ki, məşq zamanı qolu sınan qolkiper iki aya qədər meydana çıxa bilməyəcək. Onun yaxın günlərdə əməliyyat ediləcəyi gözlənilir.

Məhəmmədəliyev “Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsinin “Gent”lə görüşlərini, həmçinin Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsində Avstriya (24 mart) və İsveçə (27 mart) qarşı oyunlarını buraxa bilər.

Banner