"Sabah" "Neftçi"yə qalib gəldi, "Şamaxı"dan geridönüş
Bu gün Misli Premyer Liqasında 19-cu tura yekun vurulub.
Sportline.az xəbər verir ki, son oyun günündə iki oyun keçirilib.
"Şamaxı" öz meydanında autsayder "Səbail"lə qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib. Bu, "Səbail"in yeni baş məşqçisi Şahin Diniyevin Bakı təmsilçisində rəsmi debüt oyunu olub. Digər matçda isə "Neftçi" səfərdə "Sabah"la qarşılaşıb. Oyun meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 2:0.
26 yanvar (cümə axşamı)
19:00. “Sabah” – “Neftçi” - 2:0
Qollar: Coy-Lens Mikels, 7-pen. Aleksey Kaşuk, 37
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Müslüm Əliyev, Rauf Allahverdiyev
Bank Respublika Arena
14:00.“Şamaxı” – “Səbail” - 2:1
Qol: Qoba Zapka, 33 (0:1), Emil Qasımov, 57 (1:1), Amil Yunanov, 90-pen. (2:1)
Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Rəhman İmami, İslam Məmmədov
Şamaxı şəhər stadionu
25 yanvar (çərşənbə)
“Zirə” – “Sumqayıt” 3:1
“Turan Tovuz” – “Qarabağ” - 2:3
24 yanvar (çərşənbə axşamı)
“Kəpəz” – “Qəbələ” - 2:2
| N | Klublar | O | Q | H | M | T-F | X |
| 1 | Qarabağ | 19 | 17 | 2 | 0 | 51-10 | 53 |
| 2 | Sabah | 19 | 14 | 4 | 1 | 42-13 | 46 |
| 3 | Neftçi | 19 | 12 | 2 | 5 | 35-21 | 38 |
| 4 | Zirə | 19 | 9 | 4 | 6 | 23-25 | 31 |
| 5 | Qəbələ | 19 | 7 | 5 | 7 | 22-20 | 26 |
| 6 | Turan Tovuz | 19 | 4 | 5 | 10 | 13-25 | 17 |
| 7 | Şamaxı | 19 | 3 | 7 | 9 | 16-29 | 16 |
| 8 | Kəpəz | 19 | 2 | 7 | 10 | 18-37 | 13 |
| 9 | Sumqayıt | 19 | 2 | 6 | 11 | 11-33 | 12 |
| 10 | Səbail | 19 | 2 | 4 | 13 | 14-32 | 10 |
Bombardirlər:
Ramil Şeydayev ("Qarabağ") - 15 qol
Musa Qurbanlı ("Qarabağ") - 13 qol
Emin Mahmudov ("Neftçi") - 10 qol
Coy Lens Mikels ("Sabah") - 10 qol