"Şamaxı" "Zirə"nin futbolçusu transfer edəcək

Azərbaycan Premyer Liqasının XXI turunda "Şamaxı" öz meydanında "Turan Tovuz"a 0:1 hesabı ilə məğlub eolub.

Sportline.az xəbər verir ki, komandanın baş məşqçisi Vüqar Əsgərli "CBC Sport" telekanalına açıqlamasında oyunu belə dəyərləndirib. 

“Günün sonuna qədər bir transferi reallaşdırmaq istəyirik. Yəqin ki, “Zirə”dən Ramin Əhmədovu heyətə qatacağıq. Azarkeşlərimizə təşəkkür edirəm. Az sayda da olsa, gəlib bizi dəstəklədilər. Turnir cədvəli baxımından hər iki komanda üçün vacib oyun idi. Təəssüf ki, qarın yağması səbəbindən həftəboyu normal məşq keçə bilməmişdik. Yalnız dünən istədiyimiz hazırlığı keçdik. Oyundan əvvəl də bilirdik ki, qol vurmasaq, rəqib bir standart vəziyyətdən fərqlənib hesabı qoruyacaq"

Banner