"ShamkirChess": Mərkəzi görüşdə qalib müəyyənləşmədi
Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess" turniri davam edir. SportLine.az xəbər verir ki, bu gün 7-ci turun görüşləri keçirilib.
Maraqla gözlənilən Karuana - Qiri duelində qalib müəyyənləşməyib.
02 iyun 2016
"ShamkirChess", 7-ci tur
Fabiano Karuana (ABŞ) - Aniş Qiri (Hollandiya) - 0,5:0,5
Şəhriyar Məmmədyarov - Eltac Səfərli - 1:0
Sergey Karyakin (Rusiya) - Teymur Rəcəbov - 0,5:0,5
Pentala Harikrişna (Hindistan) - Rauf Məmmədov - 0,5:0,5
Pavel Elyanov (Ukrayna) - Hou Yifan (Çin) - 1:0
Turnir cədvəli:
1. Fabiano Karuana – 5,5
2. Aniş Qiri - 5
3-4. Sergey Karyakin - 4
3-4. Şəhriyar Məmmədyarov - 4
5. Pentala Harikrişna - 3,5
6-7. Rauf Məmmədov – 3
6-7. Teymur Rəcəbov – 3
8-9. Eltac Səfərli – 2,5
8-9. Pavel Elyanov - 2,5
10. Hou Yifan – 2