"ShamkirChess": Məmmədyarov Karuananı məğlub etdi

Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess" turniri davam edir. SportLine.az xəbər verir ki, bu gün 8-ci turun görüşləri keçirilib. 

Bu tur Şəhriyar Məmmədyarovun lider Fabiano Karuananı məğlub etməsi ilə əlamətdar olub. 

03 iyun 2016
"ShamkirChess", 8-ci tur

Aniş Qiri (Hollandiya, 2790) - Hou Yifan (Çin, 2663) - 0,5:0,5
Rauf Məmmədov (Azərbaycan, 2655) - Pavel Elyanov (Ukrayna, 2765) - 0,5:0,5
Teymur Rəcəbov (Azərbaycan, 2726) - Pentala Harikrişna (Hindistan, 2763) - 0,5:0,5
Eltac Səfərli (Azərbaycan, 2664) - Sergey Karyakin (Rusiya, 2779) - 0,5:0,5
Fabiano Karuana (ABŞ, 2804) - Şəhriyar Məmmədyarov (Azərbaycan, 2748) - 0:1

Turnir cədvəli:

1-2. Fabiano Karuana – 5,5
1-2. Aniş Qiri - 5,5
3. Şəhriyar Məmmədyarov - 5
4. Sergey Karyakin - 4,5
5. Pentala Harikrişna - 4
6-7. Teymur Rəcəbov - 3,5
6-7. Rauf Məmmədov - 3,5
8-9. Pavel Elyanov - 3
8-9. Eltac Səfərli - 3
10. Hou Yifan - 2,5