"Şaxtyor Donetsk"- "Dinamo Kiyev" oyununda çempionun adına aydınlıq gəlib

Ukrayna çempionatında sona 2 tur qalmış məsələyə aydınlıq gəlib.

Sportline.az xəbər verir ki, 28-ci turun görüşündə "Şaxtyor Donetsk" "Dinamo Kiyev"i 1-0 hesabı ilə məğlub edərək 15-ci dəfə ölkə çempionu olub.

Xallarının sayını 70-ə çatdıran "Şaxtyor"a qələbə gətirən qolu 33-cü dəqiqədə Qiorqi Sudakov vurub.

Qeyd edək ki, çempion "Şaxtyor"la  ikinci sıradakı "Dinamo Kiyev" növbəti mövsüm Ukraynanı Çempionlar Liqasında təmsil edəcəklər.