"Şəhərlilər"dən çətin qələbə

"Mançester Siti" İngiltərə Premyer Liqasında 27-ci tur oyununa çıxıb.

Sportline.az xəbər verir ki, "şəhərlilər" səfərdə "Kristal Pelas"la qarşılaşıblar. "Mançester Siti" bu oyunda 1 cavabsız qolla qalib gəlib.

Görüşdəki yeganə qolu 78-ci dəqiqədə Erlinq Haaland penaltini dəqiq yerinə yetirməklə vurub.

Qeyd edək ki, "Mançester Siti" hazırda turnir cədvəlində 61 xalla 2-cidir. 27 xalı olan "Kristal Pelas" isə 12-cidir. Sıralamaya 63 xalla (26 oyun) "Arsenal" liderlik edir.