Şəhriyar Məmmədyarov mükafatı əldən verdi

Dohada şahmatın rapid növü üzrə Dünya çempionatına yükun vurulub. SportLine.az xəbər verir ki, Azərbaycan yarışda beş qrossmeysterlə təmsil olunub.

Ən yaxşı nəticə Şəhriyar Məmmədyarovun aktivinə yazılıb. Son tura qədər mükafatçılar sırasına düşmək şansını saxlayan zəka sahibimiz həlledici matçda Maqnus Karlsenə məğlub olub.

Bu isə təmsilçimizin 10 xalla 4-cü olması ilə nəticələnib.

Dünya çempionu isə ukraynalı Vasili İvançuk olub. İkinci yeri rus Aleksandr Qrişuk, üçüncülüyü isə Maqnus Karlsen qazanıb. Mükafatçıların hər biri 11 xal toplasa da, sıralama əlavə əmsallara görə formalaşıb.

Qeyd edək ki, çempionatdakı digər təmsilçilərimiz, Rauf Məmmədov 8.5 xalla 27-ci, Teymur Rəcəbov 8 xalla 36-cı, Arkadi Naydiç 8 xalla 45-ci, Sərxan Həşimov isə 6 xalla 88-ci olub. Mundialda isə ümumilikdə 106 şahmatçı mübarizə aparıb.