Şəhriyar Məmmədyarov "ShamkirChess"in qalibi oldu

Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess" beynəlxalq turnirinə yekun vurulub. SportLine.az xəbər verir ki, son turda Aniş Qiriyə qalib gələn Şəhriyar Məmmədyarov xal hesabında Fabiano Karuanaya çatıb. Şəxsi görüşlərdə ABŞ-lı qrossmeysterdən üstün olan Məmmədyarov qalib adını qazanıb.

04 may 2016
"ShamkirChess", 9-cu tur

Şəhriyar Məmmədyarov (Azərbaycan, 2748) - Aniş Qiri (Hollandiya, 2790) – 1:0
Sergey Karyakin (Rusiya, 2779) - Fabiano Karuana (ABŞ 2804) – 0,5:0,5
Pentala Harikrişna (Hindistan, 2763) - Eltac Səfərli (Azərbaycan, 2664) – 0:1
Pavel Elyanov (Ukrayna, 2765) - Teymur Rəcəbov (Azərbaycan, 2726) – 0,5:0,5
Hou Yifan (Çin, 2663) - Rauf Məmmədov (Azərbaycan, 2655) – 0:1

Turnir cədvəli:

1. Şəhriyar Məmmədyarov - 6
2. Fabiano Karuana - 6
3. Aniş Qiri - 5,5
4. Sergey Karyakin - 5
5. Rauf Məmmədov - 4,5
6. Pentala Harikrişna - 4
7. Teymur Rəcəbov - 4
8. Eltac Səfərli - 4
9. Pavel Elyanov - 3,5
10. Houf Yifan - 2,5