Şəhriyar Məmmədyarovdan növbəti heç-heçə
Rusiyanın paytaxtı Moskvada Mixael Talın xatirəsinə həsr olunan beynəlxalq turnir davam edir. SportLine.az xəbər verir ki, Azərbaycan millisinin lideri Şəhriyar Məmmədyarov dördüncü görüşündə rusiyalı Yevgeni Tomaşevski ilə üz-üzə gəlib. Gərgin keçən görüşdə qalib müəyyənləşməyib. Tərəflər 83-cü gedişdə bərabərliyə razılaşaraq xalları yarı bölüblər.
Qeyd edək ki, 4 oyundan sonra aktivində 2 xal olan “Şah” 4-7-ci yerləri bölüşür. Lider isə 3.5 xalla Aniş Qiridir.