“Şəmkir”in baş məşqçisi bəlli olub

Vüqar Nadirov Azərbaycan II Liqası təmsilçisi "Şəmkir"in baş məsqçisi təyin olunub.

Sportline.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

38 yaşlı mütəxəssislə "1+1" illik müqavilə imzalanıb.

Qeyd edək ki, "Şəmkir" Vüqar Nadirovun rəhbərliyi altında son mövsümü 5-ci yerdə başa vurmuşdu.