Şenol Günəş: "Xeyli oyunçu gedəcək"

"Beşiktaş" klubunun baş məşqçisi Şenol Günəş milliyə xeyli oyunçunun namizəd olduğunu açıqlayıb.

Sportline.az xəbər verir ki, mətbuat konfransında media nümayəndələrinin suallarını cavablandırıb.

"Bütün gücümüzlə davam edirik. Qarşıda milli komandaların oyunlarına görə fasilə yaranacaq. "Beşiktaş"dan milli komandalara xeyli namizəd var. İstər Türkiyə, istərsə də xarici millilər üçün... Çağırılan da, çağırılmayan da millilərin məşqçilərinin qərarlarına hörmətlə yanaşmalıdır".