Şeşko qərarını verdi
"Leipziq"in sloveniyalı futbolçusu Benyamin Şeşko karyerası ilə bağlı qərar verib.
Sportline.az jurnalist Ben Yakopsun məlumatına istinadən xəbər verir ki, futbolçu "Mançester Yunayted"ə keçmək istəyir.
22 yaşlı futbolçu "Nyukasl Yunayted"in təklifini rədd edib.
Qeyd edək ki, Şeşkonun transfer qiyməti 70 milyon avrodur.