Şevçenko gedir?
İtaliyanın "Cenoa" klubunun rəhbərliyi baş məşqçisi Andrey Şevçenko ilə bağlı qərar verib.
Sportline.az "La Gazetta dello Sport"a istinadən xəbər verir ki, ukraynalı mütəxəssis ən azı yanvarın 13-ü "Milan"a qarşı kubok oyununa qədər vəzifəsinin başında olacaq. O da qeyd edilir ki, Şevçenkonun gələcək karyerası qeyri-müəyyən olaraq qalır. Artıq "Cenoa" rəhbərliyinin Şevçenkoya əvəzliyici axtarışına çıxdığı da bildirilir.
Xatırladaq ki, ukraynalı mütəxəssis 2021-ci ilin noyabrında "Cenoa"nın baş məşqçisi təyin edilib. Geridə qalan müddətdə komanda A seriyasında keçirdiyi 9 matçdan 6-da uduzub, 3-də heç-heçə edib. İtaliya kubokunun 1/16 finalında isə "Salernitano" üzərində qələbə qazanılıb.
21 turdan 12 xalı olan "Cenoa" hazırda 20 komanda arasında 19-cu yeri tutur.