Şimali İrlandiya seçməsinin Azərbaycanla oyun üçün heyəti
DÇ-2018-in təsnifat mərhələsində Azərbaycanla qarşılaşacaq Şimali İrlandiya seçməsinin heyəti bəlli olub. SportLine.az xəbər verir ki, baş məşqçi Maykl Onil 25 futbolçuya dəvət göndərib:
Qapıçılar: Maykl MakQovern ("Hamilton", Şotlandiya), Alan Mannus ("Sent-Conston", Şotlandiya), Trevor Karson ("Hartlepul", İngiltərə)
Müdafiəçilər: Qaret MakOli, Conni Evans, Kris Brant (hamısı "Vest Bromviç", İngiltərə), Aron Hyuz ("Kerala", Hindistan), Konor MakLaflin ("Flitvud", İngiltərə), Li Hodson ("Milton Kins Dons", İngiltərə), Rayan MakQivern ("Şrusberi", İngiltərə), Tom Flanaqan ("Barton", İngiltərə)
Yarımmüdafiəçilər: Stiven Devis ("Sauthempton", İngiltərə), Nayall MakQinn ("Aberdin", Şotlandiya), Oliver Norvud ("Redinq", İngiltərə), Ceymi Uard ("Nottingem Forest", İngiltərə), Korri Evans ("Blekbörn", İngiltərə), Şeyn Ferqyuson ("Milluoll", İngiltərə), Styuart Dallas ("Lids", İngiltərə), Paddi MakNeyr ("Mançester Yunayted", İngiltərə), Mattyu Land ("Roşdal", İngiltərə), Pol Peton ("Dandi Yunayted", Şotlandiya)
Hücumçular: Kayl Lafferti ("Birmingem", İngiltərə), Konor Vaşinqton ("Kuinz Park Reyncers", İngiltərə), Uill Qriqq ("Uiqan", İngiltərə), Coş Magennis ("Kilmarnok", Şotlandiya).
Qeyd edək ki, Şimali İrlandiya - Azərbaycan matçı noyabrın 11-i keçiriləcək.