"Silkeborq" tarixində 2-ci dəfə Danimarka kubokunun sahibi oldu
Danimarka kubokunda 2023/2024 mövsümünə yekun vurulub.
Sportline.az xəbər verir ki, final oyununda "Silkeborq ""Orxus"la münasibətlərə aydınlıq gətirib.
Matç "Silkeborq"un minimal hesablı qələbəsi ilə yekunlaşıb.1-0.
Oyundakı yeganə qolu 38-ci dəqiqədə Oliver Sonne vurub.
Bu nəticə ilə "Silkeborq" tarixində 2-ci dəfə Danimarka kubokuna yiyələnib.
Qeyd edək ki, "Silkeborq" Danimarka Super Liqasında 28 turdan sonra 32 xalla 6-cı sıradadır.