Simione həmyerlisini "Atletiko"ya gətirmək istəyir
"Mançester Yunayted"in argentinalı futbolçusu Alexandro Qarnaço karyerasını "Atletiko Madrid"də davam etdirə bilər.
Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, "Atletiko"nun baş məşqçisi Simione həmyerlisinin xidmətində maraqlıdır. Təcrübəli mütəxəsis Qarnaçonun oyun tərzini bəyənir.
Alexandronun "Mançester Yunayted"lə müqaviləsi 2028-ci ilin iyun ayına qədərdir.
Qeyd edək ki, 20 yaşlı futbolçunun hazır ki dəyəri "Transfermarkt" portalına görə 50 milyon avrodur.
Qarnaço cari mövsüm çıxış etdiyi 24 matçda 8 qol və 4 asistlə yadda qalıb.