Simione "Torino"ya keçə bilər
Covanni Simeone “Torino”ya keçidə bir addım daha yaxınlaşdı.
Sportline.az xəbər verir ki, “Tuttosport”un yaydığı məlumata əsasən, “Torino” klubu “Napoli” ilə Covanni Simeonenin transferi üçün ilkin razılıq əldə edib.
Müqavilənin məbləği təxminən 6–7 milyon avro civarındadır.
Qeyd olunur ki, əvvəllər “Napoli” hücumçu üçün 8 milyon avro və əlavə bonuslar tələb edirdi.