“Sivasspor” Erdoğana tapşırıldı
Türkiyənin "Sivasspor" klubuna yeni baş məşqçi təyin olunub.
Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Sivas təmsilçisi Ömer Erdoğana həvalə olunub.
47 yaşlı mütəxəssisin son iş yeri "Alanyaspor" olub. O, "Fatih Karagümrük", "Hatayspor", və "Ankaragücü"nü də çalışdırıb.
Qeyd edək ki, "Sivasspor" Superliqada 16 turdan sonra 13-cü yerdə gedir.