Sneyder tarixin ən yaxşı baş məşqçisinin adını açıqlayıb

Uesli Sneyder karyerasını bitirdikdən sonra ilk dəfə futbol gündəmi və şəxsi karyerası ilə bağlı maraqlı fikirlər səsləndirib.

Sportline.az niderlandlı futbolçu bu açıqlamaları jurnalist İsmail Mahmudla söhbəti zamanı verib. 

"Tarixin ən yaxşı baş məşqçisi kimdir?" sualının mənim üçün tək cavabı var: Joze Mourinyo. 2010-cu ildə "İnter"lə etdiklərimiz tarixi bir hadisə idi. O, bizə hər kəsi məğlub edə biləcəyimizə inandırmışdı. Mourinyo sadəcə bir baş məşqçi deyil, o, bir liderdir. Ona hər zaman hörmətlə yanaşacağam", - deyə Sneyder bildirib.