Son karyerasını MLS-də davam etdirə bilər
“Los-Anceles” “Tottenhem”in hücumçusu Son Hın Minin transferi üçün səylərini gücləndirib.
Sportline.az "Athtletic" nəşrinə istinadən xəbər verir ki, MLS-in yay transfer pəncərəsinin ikinci mərhələsinin 24 iyulda açılmasından öncə danışıqlar davam edir və ABŞ klubu “Tottenhem”in kapitanını razı salmaqda hələ də ümidlidir.
33 yaşlı Cənubi Koreya hücumçusunun, məşqlərdə yüksək səviyyəli yanaşma sərgiləməsinə baxmayaraq, “Tottenhem”in yeni baş məşqçisi Tomas Frankın uzunmüddətli planlarında əsas fiqur olmadığı düşünülür.