Son karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər

“Tottenhem”in cənubi koreyalı futbolçusu Hın Mın Sonun mövsümün sonunda klubunu dəyişəcəyi gözlənilir.

Sportline.az “Fanatik” qəzetinə istinadən xəbər verir ki, “Qalatasaray” klubunun rəhbərliyi mövsümün sonunda Hın Mın Sonu azad agent kimi heyətinə qatmağı planlaşdırır.

Hın Mın Sonun “Tottenhem” klubu ilə müqaviləsi 2025-ci ilin yayında başa çatacaq.

Qeyd edək ki, Son bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 11 matçda 3 qol və 3 asistlə yadda qalıb.