Son turda İstanbul derbisi
"Qalatasaray" və "Fənərbağça" Türkiyə Superliqasında meydana çıxacaqları son oyunda bir-birləri ilə üz-üzə gələcək.
Sportline.az xəbər verir ki, zəlzələ ilə əlaqədar sözügedən klubların çempionatının son oyunundakı rəqibləri "Hatayspor" və "Qaziantep" turnirdə çıxışlarını dayandırıblar. Türkiyə Futbol Federasiyasının qərarına əsasən, "Qalatasaray" və "Fənərbağça"nın son turdakı rəqiblərinə 0:3 hesablı texniki məğlubiyyət veriləcək. Bu səbəbdən İstanbul klubları Superliqada oynayacaqları son matçda bir-birləri üz-üzə gələcəklər. İstanbul derbisi mayın 28-i keçiriləcək.
Qeyd edək ki, turnir cədvəlində "Qalatasaray" hazırda 54 xalla (22 oyun) 1-ci, "Fənərbağça" 45 xalla (21 oyun) 3-cüdür.