Soyadı 25 hərfdən ibarət futbolçu sifariş olundu

Mahaçqala "Dinamo"su soyadı 25 hərfdən ibarət olan futbolçusunu iştirak ərizəsinə daxil edib.

Sportline.az xəbər verir ki, söhbət iranlı Mohammadcavad Ramezam Hosseynnecadmahalenkolaydan gedir.

21 yaşlı futbolçu yeni komandasında 10 nömrə altında oynayacaq.

Onun formasının arxasında Cavad adı yazılacaq.

Qeyd edək ki, "Dinamo"nun yeni futbolçusu İran millisinin üzvüdür.

O, milli komandanın heyətində iki oyuna çıxıb.