Spalettidən iddialı açıqlama

İtaliya millisinin baş məşqçisi Luçano Spaletti iddialı açıqlama ilə diqqət çəkib.

Sportline.az xəbər verir ki, təcrübəli mütəxəssis AVRO-2024 lə bağlı mülahizələrini bölüşüb.

"Heç kim və heç vaxt İtaliya millisi ilə qarşılaşmaqdan xoşbəxt olmayacaq. Avropa çempionatında öz səviyyəmizi nümayiş etdirməliyik. İtaliya bütün yarışlarda əla komanda olub. Amma, bununla kifayətlənmək fikrində deyilik. İnkişaf edib. daha yüksək nəticələr qazanmalıyıq", - deyə Spaletti bildirib.

Qeyd edək ki, İtaliya millisi Almaniyada keçiriləcək Avropa çempionatının qrup mərhələsində İspaniya, Xorvatiya və Albaniya seçməsi ilə mübarizə aparacaq.