"Spartak" "Dinamo" səddini 2 qolla keçdi
Derbidə qalib "Spartak" oldu.
Sportline.az xəbər verir ki, Rusiya kubokunun yarımfinal mərhələsində "Dinamo" Moskva doğma meydanda "Spartak" Moskva ilə qarşılaşdı.
Matç "Spartak" komandasının 2-0 hesablı qələbəsi ilə başa çatdı.
Qonaqların qələbə qollarını 9-cu dəqiqədə Sobolev və 39-cu dəqiqədə İqnatov vurdu.
Qeyd edək ki, "Spartak" artıq 14 oyundur ki Moskva derbilərində məğlub olmur. Bu son 17 ilin ən yaxşı göstəricisidir.