"Spartak" "Qalatasaray"ın futbolçusu üçün daha bir təklif göndərəcək
"Spartak" "Qalatasaray"ın sol cinah müdafiəçisi Derik Köhn üçün yaxın günlərdə ikinci təklifini göndərəcək.
Sportline.az jurnalist Ertan Süzgünə istinadla xəbər verir ki, Moskva klubunun yeni təklifi 12 milyon avro təşkil edəcək.
Mənbənin xəbərinə görə, "Qalatasaray" daha əvvəl qırmızı-ağların 8 milyon avroluq təklifini rədd etmişdi.
Almaniyalı futbolçu qışda "Nannover"dən "Qalatasaray"a 3.35 milyon avro qarşılığında transfer olunub.Türkiyə klubu ilə 36 oyuna çıxan 24 yaşlı futbolçu 4 qol, 8 asistlə yadda qalıb.