"Spartak"a 18 yaşlı kolumbiyalı futbolçu təklif olunub
18 yaşlı müdafiçi Cordan Ernensesin yay transfer pəncərəsində Moskava "Spartak"ı və daha 2 RPL klubuna təklif olunub.
Sportline.az Championat.com-a istinadla xəbər verir ki, oyunçunun Rusiya Premyer Liqasına keçidi alınmasa da, qışda onun üçün yenidən cəhdlər olacaq.
Ernandesin transfer dəyəri 2 milyon avrodur.O, hazırda Kolumbiyanın "Milonairos" klubunda çıxış edir.Futbolçu özü Rusiyada oynamağa müsbət yanaşır.
Qeyd edək ki, peşakar karyerası ərzində 20 oyuna çıxan Cordan bu görüşlərdə 3 asistlə yadda qalıb.