"Spartak'ın sabiq oyunçusu karyerasını Portuqaliyada davam etdirəcək

Moskva "Spartak"ının keçmiş hücumçusu Ze Luiş Portuqaliyanın AVS klubuna keçib.

Sportline.az Soccer.ru-ya istinadla xəbər verir ki, 33 yaşlı futbolçu yeni klubu ilə 2025-ci ilə qədər müqavilə imzalayıb.

Ötən mövsümü "Farense" klubunda keçirən Ze Luiş 18 oyunda 3 qol vurub, 1 asist edib.

Futbolçu 2019-cu ildən Kabo Verde millisinin üzvüdür.

Qeyd edək ki, təcrübəli oyunçu daha əvvəl "Hatayspor", "Braqa", "Əl-Tavun" və "Lokomotiv" kimi klublarda çıxış edib.