Spatakın sabiq futbolçusu: "Neftçi" daha çox maaş verirdi"
Kiyev və Tbilisi "Dinamo"su, "Neftçi", "Kayrat" və "Ararat"da bizdəkindən daha çox maaş verilirdi".
Sportline.az xəbər verir ki, bunu Moskva "Spartak"ının sabiq oyunçusu Oleq İvanov championat.com-a müsahibəsində deyib.
"Digər insanlardan fərqli olaraq daha çox qazansaq da, ittifaq respublikaları komandalarında "Spartak"dan çox məvacib alırdlılar. Hətta Özbəkistanın ikinci liqada oynayan hansısa klubu da bu göstəricidə bizi qabaqlayırdı. Məvacibimiz 160, 200, 230 rubl idi. Amma, bizim üstünlüyümüz futbol oynamaqdaydı. Həm də, "Spartak"la xarici səfərlərə gedirdik. Avrokubok oyunlarında qələbəyə görə mükafat alırdıq", - deyə İvanov xatirələrini bölüşüb.